“Barselona” heyətinə yeni futbolçu da cəlb edib.
Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Lids” klubundan Rafinyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger tibbi müayinədən keçdikdən sonra 5 illik rəsmi müqavilə imzalanacaq. La Liqa nəhəngi bu transfer üçün İngiltərə təmsilçisinə 58 milyon avro ödəyib.
Yeri gəlmişkən, “Lids” də ABŞ yığmasının yarımmüdafiəçisi Tayler Adamsı heyətinə qatıb. Almaniyanın “Leypsiq” klubundan transfer olunan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə klubunun bu transferə görə 17 milyon avro ödəyib.
“Barselona” öz futbolularından Fransisko Trinkaonu da icarəyə verib. “Sportinq” 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb. Trinkao ötən mövsümü icarə əsasında “Vulverhempton”da keçirib.