Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini reallaşdırıb. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Villian Araonı transfer edib. Bu barədə klubun saytı məlumat yayıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalanıb
“Korintians”ın yetirməsi olan Arao “Portuqeza”, “Şapekoense”, “Atletiko Qoiyaniense” və “Botafoqo”da da icarədə oynayıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu, 2016-cı ildən “Flamenqo”da çıxış edirdi. Arao Braziliya millisində də 1 oyuna çıxıb.
“Fənərbaxça” öz yetirməsi olan Arda Okan Kurtulanı da “Adana Dəmirspor”a satdığını diqqətə çatdırıb. 19 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.