28 oktyabr 2024. Bazar ertəsi

Barselona sabiq futbolçusunu baş məşqçi təyin etdi


  • Transfer
  • 12:22 15.07.2022
  • Oxunma sayı: 93
Barselona sabiq futbolçusunu baş məşqçi təyin etdi
Futbol üzrə Meksika millisinin və İspaniyanın “Barselona” klubunun sabiq müdafiəçisi Rafael Markes məşqçiliyə başlayıb. Corner.az xəbər verir ki, 43 yaşlı veteran futbolçu bundan sonra “Barselona”nın əvəzedici komandasını çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Markes köhnə-yeni klubu ilə 2 illik müqavilə imzalayıb. O, bu postda Serxi Barxuanı əvəz edib.
 
Markes 2003-2010-cu illər aralığında məhz “Barselona”da oynayıb. O, həmin dövrdə bu komandanın heyətində 242 matça çıxıb, 13 qola imza atıb.
 






Transfer