28 oktyabr 2024. Bazar ertəsi

Kipr klubu Qarabağ'ın legionerini transfer etmək istəyib


  • Transfer
  • 12:26 15.07.2022
  • Oxunma sayı: 99
Kipr klubu Qarabağ'ın legionerini transfer etmək istəyib
"Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin karyerasını Kiprdə davam etdirmək ehtimalı yaranıb. Corner.az "Themasports" nəşrinə istinadən xəbər verir ki, "Pafos" klubu 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
 
Bildirilib ki, "köhlən atlar" braziliyalı oyunçunu satmağa razı olmadığı üçün Kipr təmsilçisi transferdən imtina edib..
 
Nəşq "Qarabağ"ın əsas futbolçusunu buraxmaq ehtimalının az olduğunu və Kadinin Kiprə getməsinin real olmadığını da yazıb.
 
Kadi Borges 2021-ci ilin yayından "Qarabağ"da çıxış edir. Yarımmüdafiəçinin klubla sözləşməsi 2023-cü ildə başa çatacaq.






Transfer