28 oktyabr 2024. Bazar ertəsi

Bundesliqa klubunda iki yeni transfer, bir ayrılıq


  • Transfer
  • 13:58 15.07.2022
  • Oxunma sayı: 94
Bundesliqa klubunda iki yeni transfer, bir ayrılıq
Almaniyanın “Şalke” klubu heyətini iki yeni futbolçu ilə  gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli sağ cinah müdafiəçisi Sedrik Brunner və çexiyalı yarımmüdafiəçi Aleks Kralı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alekslə 1, Sedriklə 2 illik müqavilə imzalanıb.
 
Sedrik Brunner Almaniyanın digər klubu “Arminiya”dan transfer olunub. 28 yaşlı futbolçu 2018-ci ildən sözügedən klubun uğurları üçün çalışırdı. O, daha öncə ölkəsində “Sürix”in formasını geyinib.
 
Aleks Kral isə Rusiyanın “Spartak” (Moskva) klubundan qarşıdakı mövsümün sonunadək icarəyə götürülüb. O, geridə qalan mövsümün ikinci hissəsini də İngiltərənin “Vest Hem” komandasında icarədə keçirib. Çexiya yığmasının üzvü 2019-cu ildən “Spartak”da çıxış edirdi.
 
“Şalke” yarımmüdafiəçisi Rabbi Matondo ilə də yollarını ayırıb. Helzenkirhen təmsilçisi 21 yaşlı vingeri Şotlandiyanın “Reyncers” klubuna satıb. Uels yığmasının üzvü yeni klubu ilə 4 illik müqavilə imzalayıb. 






Transfer