28 oktyabr 2024. Bazar ertəsi

Premyer Liqa klubu 35 yaşlı qapıçı transfer etdi


  • Transfer
  • 17:46 15.07.2022
  • Oxunma sayı: 88
Premyer Liqa klubu 35 yaşlı qapıçı transfer etdi
Uzun fasilədən sonra Premyer Liqada mübarizə aparacaq “Nottingem Forest” klubu heyətinə daha bir futbolçu ilə cəlb edib. Corner.az xəbər verir ki,  Premyer Liqa təmsilçisi “Bernli”dən 35 yaşlı qapıçı Ueyn Hennesini transfer edib.
 
Bu barədə “Nottingem Forest”in rəsmi saytı məlumat yayıb. Uels yığmasının sabiq qapıçısı ilə 2 illik müqavilə imzalanıb.
 
Ueyn Hennesi peşəkar karyerasına İngiltərənin “Vulverhempton” klubunda başlayıb. O, karyerası ərzində “Bristol Siti”, “Stokport Kaunti”, “Yovil Taun”, “Vulverhempton” və “Kristal Pelas”da da forma geyinib. Ötən mövsümün əvvəlində “Bernli”yə transfer olunmuş təcrübəli futbolçu sözügedən komandada daha çox ehtiyatda qalıb. Hennesi Uels yığmasında 104 oyun keçirib.
 
“Nottingem Forest” öz futbolçularından Conatan Panzonu da “Koventri Siti”yə icarəyə verdiyini açıqlayıb. 21 yaşlı ingilis futbolçu qarşıdakı mövsümün sonunadək bu komandada icarədə oynayacaq. 






Transfer