28 oktyabr 2024. Bazar ertəsi

La Liqa klubunda yeni müqavilə, bir ayrılıq


  • Transfer
  • 21:27 15.07.2022
  • Oxunma sayı: 84
La Liqa klubunda yeni müqavilə, bir ayrılıq
İspaniyanın “Atletik” klubu yarımmüdafiəçisi Ander Kapa ilə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb.
 
İspaniyalı vingerin klubla əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi. O, 2018-ci ildən Bilbao təmsilçisində çıxış edir. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 105 oyunda 5 qol vurub. O, daha öncə “Eybar”da forma geyinib.
 
“Atletik” bir neçə oyunçusunu da icarəyə göndərib. Belə ki, klub 23 yaşlı yarımmüdafiəçisi Yusuf Diarranın “Kordoba”ya, 21 yaşlı yarımmüdafiəçi Benat Prados, 22 yaşlı sol cinah müdafiəçisi İmanol Qarsiya, həmçinin 23 yaşlı vinger İniqo Visentenin də “Mirandes”ə icarəyə verdiyini açıqlayıb.
 
Yarımmüdafiəçi İniqo Kordoba isə Bilbao təmsilçisindən birdəfəlik ayrılıb. İspaniyanın U-21 yığmasının sabiq vingeri 2015-ci ildən “Atletik”də çıxış edirdi. O, bu komandanın heyətində 96 matça çıxıb, 2 qol vurub. Daha öncə “Baskoniya”da forma geyinmiş 25 yaşlı futbolçu, son illərdə də “Alaves” və “Qou Ehed İqlz” komandalarında icarədə oynayıb.






Transfer