21 dekabr 2025. Bazar günü

Yuventus'dan ayrılan futbolçu MLS klubunda


  • Transfer
  • 10:54 16.07.2022
  • Oxunma sayı: 106
Yuventus'dan ayrılan futbolçu MLS klubunda
Futbol üzrə İtaliya millisinin yarımmüdafiəçisi Federiko Bernardeskinin yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 28 yaşlı vinger MLS təmsilçisi “Toronto”ya keçib.
 
Bu barədə Kanada klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imzalayıblar. İtaliyalı yarımmüdafiəçinin yeni komandasında işçi vizası əldə etdikdən sonra oynaya biləcəyi qeyd olunub.
 
Bernardeski 2017-ci ildən “Yuventus”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi beş mövsüm ərzində 183 matça çıxıb, 12 qol vurub. Yarımmüdafiəçi “Fiorentina” və “Krotone”də də oynayıb. İtaliya yığmasında 39 oyun keçirmiş futbolçu, 6 qolla yadda qalıb.






Transfer