21 dekabr 2025. Bazar günü

Kulibali rəsmən Çelsi'də


  • Transfer
  • 10:55 16.07.2022
  • Oxunma sayı: 110
Kulibali rəsmən Çelsi'də
"Çelsi” növbəti transferini gerçəkləşdirib. Corner.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” İtaliya “Napoli”sindən Xalidu Kulibalini heyətinə qatıb.
 
31 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. İngiltərə mətbuatının iddiasına görə, bu transfer "Çelsi"yə 40 milyon avroya başa gəlib.
 
Seneqallı futbolçu 2014-cü ildən “Napoli”nin formasını geyinirdi.
 
“Çelsi” daha əvvəl “Mançester Siti”dən ayrılan Rahim Sterlinqi heyətinə qatmışdı.






Transfer