İsveçrənin “Qrasshopper” klubunun idman direktoru Bernt Haas İngiltərə təmsilçisi “Vulverhempton”dan transfer etdikləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun keçidini dəyərləndirib. Corner.az xəbər verir ki, klub rəsmisi 23 yaşlı hücumçunun onların hücum xəttini gücləndirəcəyinə əmin olduğunu bildirib.
Haas İsveçrə klubunda millimizin üzvündən qollar gözlənildiyini də vurğulayıb:
“Yeni transferlərimiz Renat Dadaşov və Meritan Şabani hər an qol imkanları yarada biləcək, onu qola çevirə bilən güclü texniki keyfiyyətlərə malik futbolçulardı. Bu cür oyunçularla müqavilə bağlamaq bizim üçün çox gözəldi. Əminəm ki, Dadaşovla Şabani birlikdə hücumumuzu xeyli gücləndirəcək”.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də “Qrasshopper”də icarə əsasında çıxış edib.