- Transfer
- 00:12 29.11.2024
Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini yeni oyunçularla gücləndirib.
Azərbaycan Futzal Federasiyasından Corner.az-a verilən məlumata görə, baş məşqçi Joze Alesio Da Silvanın istəyi ilə ölkə çempionu ötən mövsümü "Neftçi" İK-da keçirən qapıçı Cavad Məmmədov və U-19-un yetirməsi Xəzər Ağalızadə ilə anlaşıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.