29 noyabr 2024. Cümə

Bundesliqa klubundan 9 milyonluq transfer


  • Transfer
  • 21:10 16.07.2022
  • Oxunma sayı: 82
Bundesliqa klubundan 9 milyonluq transfer
Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliyanın “Bolonya” klubunun yarımmüdafiəçisi Mattias Svanberqi transfer edib.
 
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. İ 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İsveç millisinin üzvü yeni komandasında 32 nömrəli formanı geyinəcək. Bundesliqa təmsilçisi bu transferə görə İtaliya klubuna 9 milyon avro ödəyib.
 
Svanberq 2018-ci ildən “Bolonya”da forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 123 oyunda 9 qola imza atıb. İsveç yığmasında 21 oyuna çıxan yarımmüdafiəçi 1 qol da vurub.
 
Yeri gəlmişkən, Svanberqi “Volfsburq”a satan “Bolonya” da heyətini yeni oyunçularla gücləndirib. A Seriyası təmsilçisi “Aberdin”in gənc yarımmüdafiəçisi Luis Ferqyusonu transfer edib. Şotlandiyalı oyunçu üçün 3.5 milyon avrosundan keçən İtaliya təmsilçisi, yeni oyunçu ilə 4+1 illik müqavilə bağlayıb. 22 yaşlı futbolçu Şotlandiya yığmasında da 4 oyuna çıxıb.
 
“Bolonya” həmçinin “Yuventus”un bir neçə gün öncə “Cenoa”dan transfer etdiyi Andrea Kamyazonu da icarəyə götürdüyünü açıqlayıb. İcarə müddəti qarşıdakı mövsümün sonuna qədərdir






Transfer