- Transfer
- 23:19 30.09.2026
“Chelsea”nin futbolçusu Eden Hazardın qardaşı Kylian Hazard London klubundan ayrılıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 23 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağı bildirilib.
Mövsümün əvvəlində “Serkl Brügge” klubuna icarəyə verilən Hazardın transfer hüquqları birdəfəlik Belçika təmsilçisinə satılıb. Hazard, “Serkl Brügge” ilə 4 illik müqavilə imzalayacaq.