28 oktyabr 2024. Bazar ertəsi

Levandovskinin Barselona'ya keçidi rəsmiləşdi


  • Transfer
  • 01:21 17.07.2022
  • Oxunma sayı: 100
Levandovskinin Barselona'ya keçidi rəsmiləşdi
Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovskinin İspaniya “Barselona”sına transferi rəsmiləşib. Corner xəbər verir ki, bu transferi həm Kataloniya, həm də Münhen təmsilçisi rəsmi saytları vasitəsilə təsdiqləyib.
 
Artıq Kataloniyada olan 33 yaşlı futbolçu, tibbi müayinələrdən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Transferlə bağlı detallar da ondan sonra açıqlanacaq.
 
Polşa millisinin üzvü 2014-cü ilin yanvarından “Bavariya”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 375 matçda 344 qola imza atıb. Polşa yığmasında 132 oyun keçirmiş futbolçu, 76 qol vurub.






Transfer