29 noyabr 2024. Cümə

Bavariya'da yeni müqavilə


  • Transfer
  • 01:28 17.07.2022
  • Oxunma sayı: 84
Bavariya'da yeni müqavilə
Almaniyanın “Bavariya” klubu futbolçusu Serj Qnabri ilə yeni müqavilə bağlayıb.

Corner.az klubun rəsmi saytına istinadən məlumat verir ki, 27 yaşlı yarımmüdafiəçi yeni sözləşməyə əsasən, 2026-cı ilin yayına qədər bu komandada qalacaq.

Qnabri 2017-ci ildən Bundesliqa çempionunda forma geyinir. O, Münhen təmsilçisinin heyətində meydana çıxdığı 171 oyunda 63 qol vurub. Almaniyalı vinger yığmada keçirdiyi 34 oyunda 20 qolla yadda qalıb.
 
“Bayern” gənc futbolçusu Malik Tillmanı da Şotlandiyanın “Reyncers” klubuna icarəyə verib. 20 yaşlı oyunçunun qarşıdakı mövsümün sonuna kimi bu komandada çıxış edəcəyi bildirilir.






Transfer