İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi “Selta”nın hücumameylli yarımmüdafiəçisi Brais Mendesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb. İspan oyunç üçün “Selta”ya 14 milyon avro ödənilib.
Brais Mendes “Selta”nın öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. İspaniya yığmasında 4 oyuna 1 qol vurmuş yarımmüdafiəçi, “Selta”da da 166 oyuna çıxıb, 22 qola imza atıb.
“Real Sosyedad” iki futbolçusu ilə də yollarını ayırıb. Belə ki, yarımmüdafiəçi Yon Quridi “Alaves”ə, Xoseba Zaldua isə “Kadis”ə keçib. Onların hər ikisi yeni klubları ilə azad agent kimi müqavilə bağlayıblar. Xoseba 3, Quridi isə 4 illik müqaviləyə imza atıb.