28 oktyabr 2024. Bazar ertəsi

Super Liqa klubundan 2 yeni transfer


  • Transfer
  • 16:29 17.07.2022
  • Oxunma sayı: 91
Super Liqa klubundan 2 yeni transfer
Türkiyənin “Konyaspor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi mərkəz müdafiəçisi Fransisko Kalvo və türkiyəli hücumçu Məhəmməd Dəmiri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dəmir 2, Kalvo 2+1 illik müqaviləyə imza atıb.
 
Kosta-Rikalı futbolçu son olaraq ABŞ-ın “San Xose Ertveyks” klubunda forma geyinib. 30 yaşlı mərkəz müdafiəçisi Kosta Rika yığmasında 74 oyun keçirib, 8 qol vurub.
 
Məhəmməd Dəmir isə son olaraq Super Liqanın digər təmsilçisi “Qaziantep”də forma geyinib. 30 yaşlı forvard 2019-cu ildən formasını geyindiyi “Qaziantep”də ötən mövsüm 32 oyuna 6 qol vurub. Məhəmməd vaxtilə Türkiyənin əsas millisində də 2 oyun keçirib.









Transfer