28 oktyabr 2024. Bazar ertəsi

Əmir Ağayevə Azərbaycan klubundan təklif


  • Transfer
  • 17:16 17.07.2022
  • Oxunma sayı: 99
Əmir Ağayevə Azərbaycan klubundan təklif
"Sumqayıt” klubunun sabiq futbolçusu Əmir Ağayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Corner.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi keçmiş klubundan təklif alıb.
 
“Gənclik şəhəri” təmsilçisi İsrailin gənclər yığmasının sabiq oyunçusunun meneceri ilə artıq danışıqlara da başlayıb. Bu ilin ilk altı ayını İsraildə “Bney Reyne” klubunda keçirən Ağayev Azərbaycana dönüb-dönməyəcəyinə yaxın günlərdə qərar verəcəyi gözlənilir. Ağayevin başqa təklifləri də nəzərdən keçirdikdən sonra dəqiqləşdirmək istəyir.
 
Əmir Ağayev 2019-cu ilin yanvarından 2020-ci ilin yayına qədər “Sumqayıt”ın formasını geyinib. O, Premyer Liqa klubunun heyətində keçirdiyi 32 oyunda 7 qol vurub.
 






Transfer