28 oktyabr 2024. Bazar ertəsi

Zirə'nin rəqibi futbolçusunu icarəyə verdi


  • Transfer
  • 20:54 17.07.2022
  • Oxunma sayı: 72
Zirə'nin rəqibi futbolçusunu icarəyə verdi
"Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si bir futbolçusu ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, İsrail klubu yarımmüdafiəçisi Ronen Hanzisi icarəyə verib.
 
20 yaşlı hücumameylli futbolçu yeni mövsümdən İsrailin digər klubu “Beytar”da çıxış edəcək. Hanzis Yerusəlim klubuna bir il müddətinə pulsuz icarəyə verilib. Artıq “Makkabi”nin düşərgəsini tərk edən futbolçu bu gün yeni komandası ilə Avstriya toplanışına qatılıb.
 
Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da keçiriləcək “Zirə” - “Makkabi” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü ayın 28-də Təl-Əvivdə olacaq.






Transfer