28 oktyabr 2024. Bazar ertəsi

İbrahimoviç Milan'la yeni müqavilə imzaladı


  • Transfer
  • 22:02 17.07.2022
  • Oxunma sayı: 97
İbrahimoviç Milan'la yeni müqavilə imzaladı

İsveçli hücumçu Zlatan İbrahimoviç İtaliyanın "Milan" klubu ilə müqaviləsini uzatmağa razılaşıb.

Corner.az-ın məlumatına görə, bunu italiyalı jurnalist Fabrisio Romano tvitter hesabında yazıb.

O, müqavilənin yaxın vaxtlarda imzalanacağını bildirib. Yeni müqavilənin müddəti bir il olacaq. 40 yaşlı futbolçu bonuslar nəzərə alınmadan 1,5 milyon avro alacaq.

2021/22 mövsümündə hücumçu A Seriyasında 23 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer