28 oktyabr 2024. Bazar ertəsi

Çempionda növbəti hücumçu


  • Transfer
  • 10:26 18.07.2022
  • Oxunma sayı: 94
Çempionda növbəti hücumçu
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futzalçı ilə gücləndirib. Corner.az xəbər verir ki, ölkə çempionu Varqas Amenqual Andreu ilə anlaşıb.
 
Ampluası hücumçu olan braziliyalı forvardın son klubu vətənində “Horizontina” olub. 25 yaşlı oyunçu ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
 
Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə münasibətlərini rəsmiləşdirib. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka ilə yeni anlaşma imzalanmayıb.
 
Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.






Transfer