28 oktyabr 2024. Bazar ertəsi

Argentinalı futbolçu rəsmən Mançester Yunayted'də


  • Transfer
  • 11:02 18.07.2022
  • Oxunma sayı: 92
Argentinalı futbolçu rəsmən Mançester Yunayted'də
Niderlandın “Ayaks” klubunun müdafiəçisi Lisandro Martines karyerasını İngiltərədə davam etdirəcək. Corner.az xəbər verir ki, 24 yaşlı futbolçu “Mançester Yunayted”lə razılığa gəlib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı futbolçunun tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə imzalayacağı diqqətə çatdırılıb.
 
 “Qırmızı şeytanlar” bu transfer üçün  67.37 milyon avro ödəyib. Belə ki, İngiltərə nəhəngi “Ayaks”a 57.37 milyon avro təzminat və gələcəkdə əlavə bonuslar sayəsində daha 10 milyon avro ödəyəcək.
 
Lisandro 2019-cu ilin yayından “Ayaks”da forma geyinirdi. O, Amsterdam təmsilçisində MY-nin niderlandlı çalışdırıcısı Erik ten Haqın rəhbərliyi altında top qovub. Bu komandanın heyətində bütövlükdə 120 matça çıxmış futbolçu, 6 qol da vurub. Müdafiəçi Argentina yığmasında da 7 matça çıxıb.






Transfer