28 oktyabr 2024. Bazar ertəsi

Həmişə yaddaşımda və ürəyimdə qalacaqsınız


  • Transfer
  • 14:19 18.07.2022
  • Oxunma sayı: 92
Həmişə yaddaşımda və ürəyimdə qalacaqsınız
“Qarabağ”ın yeni transferi Julio Romao Portuqaliyanın “Santa Klara” klubu ilə vidalaşıb. Corner.az xəbər verir ki,  24 yaşlı futbolçu sosial şəbəkə hesabında keçmiş komandası barədə bunları yazıb:
 
“Yeni hədəflər axtarmağın, yeni məqsədlərə çatmağın və yeni tarix yazmağın vaxtı gəldi. Komandadan başıdik və razı şəkildə ayrılıram. “Santa Klara”ya, bütün oyunçulara, məşqçi heyətinə, rəhbərliyə, klubun əməkdaşlarına və azarkeşlərinə çox təşəkkür edirəm. Həmişə yaddaşımda və ürəyimdə qalacaqsınız. Hər şey üçün təşəkkürlər”.
 
Xatırladaq ki, braziliyalı futbolçu "Qarabağ"ın bu yay ikinci transferidir. O, Ağdam klubu ilə 4 illik müqaviləyə imza atıb.






Transfer