28 oktyabr 2024. Bazar ertəsi

Qrasshopper'in Dadaşov üçün ödədiyi təzminat məbləği bilindi


  • Transfer
  • 15:16 18.07.2022
  • Oxunma sayı: 137
Qrasshopper'in Dadaşov üçün ödədiyi təzminat məbləği bilindi
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun İsveçrənin “Qrasshopper” klubuna transferinin detalları bəlli olub. Corner.az xəbər verir ki, İsveçrə təmsilçisi 23 yaşlı futbolçu üçün İngiltərə “Vulverhempton”una 315 min funt-sterlinq təzminat ödəyib.
 
Bu isə təxminən 636 min manat deməkdir. Dadaşov  “Qrasshopper” klubu ilə 2+1 illik müqavilə imzalayıb.
 
Xatırladaq ki, Renat Dadaşov 2020-ci ildə icarə əsasında “Qrasshopper”də çıxış edib. Lakin həmin vaxt ağır zədəyə göeə, bu komandada rəsmi oyuna çıxa bilmədən İngiltərə klubunun düşərgəsinə qayıdıb.






Transfer