28 oktyabr 2024. Bazar ertəsi

Dzyuba Azərbaycan klublarından təklif alıb


  • Transfer
  • 17:45 18.07.2022
  • Oxunma sayı: 119
Dzyuba Azərbaycan klublarından təklif alıb
Rusiya millisinin hücumçusu Artyom Dzyuba hazırda Azərbaycandadır. Corner.az xəbər verir ki, bu barədə məlumatı “Sport-express” nəşri yayıb.
 
Nəşrin iddiasına görə, 34 yaşlı hücumçu karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər və bunun üçün bir gün öncə Bakıya gəlib. Dzyubanın “Neftçi” və ya “Qarabağ”la danışıq apardığı vurğulanıb.
 
Bildirək ki, rusiyalı futbolçu son olaraq “Zenit”də (Sankt-Peterburq) çıxış edib.






Transfer