28 oktyabr 2024. Bazar ertəsi

Milan İbrahimoviçlə müqaviləni uzatdı


  • Transfer
  • 17:48 18.07.2022
  • Oxunma sayı: 81
Milan İbrahimoviçlə müqaviləni uzatdı

İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, isveçli hücumçu ilə sözləşmə 2023-cü ilin yayınadək uzadılıb. 40 yaşlı futbolçu yenə 11 nömrəli forma ilə çıxış edəcək.

Təcrübəli futbolçu "Milan"da ilk dəfə 2010 - 2012-ci illərdə forma geyinib. O, komandaya 2020-ci ilin yanvarında qayıdıb.İbrahimoviç klubun heyətində ümumilikdə 158 oyuna 92 qol və 35 məhsuldar ötürmə edib. Zlatan İtaliya Super Kubokunu və iki dəfə ölkə çempionluğunu qazanıb.







Transfer