- Transfer
- 00:12 30.06.2026
Mövsümün sonunda “Real Madrid"dən ayrılacağı gözlənilən Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidanın T.Courtois'i əsas qapıçı olaraq seçməsindən sonra komandadan ayrılmaq qərarına gələn kosta-rikalı qapıçı üçün “Juventus” klubu hərəkətə keçib.İtaliya təmsilçisinin artıq 32 yaşlı qapıçı ilə danışıqlara da başladığı bildirilir.
Qeyd edək ki, Navas 2014-cü ildən “Real”da çıxış edir.