13 aprel 2026. Bazar ertəsi

Neftçi'nin rəqibindən növbəti transfer


  • Transfer
  • 21:05 18.07.2022
  • Oxunma sayı: 116
Neftçi'nin rəqibindən növbəti transfer
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kiprin "Aris" klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Limassol təmsilçisi nigeriyalı müdafiəçi Odera Ofornadunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
“Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə ayın 28-də Bakıda keçirəcək






Transfer