21 dekabr 2025. Bazar günü

Milan futbolçusunu icarəyə göndərdi


  • Transfer
  • 22:09 18.07.2022
  • Oxunma sayı: 113
Milan futbolçusunu icarəyə göndərdi
İtaliyanın “Milan” klubu müdafiəçisi Mattia Kaldaranı icarəyə göndərib. Corner.az xəbər verir ki, “Spetsiya” 28 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayblar.
 
Kaldara 2018-ci ildə “Yuventus”dan transfer olunsa da, “Milan”ın əsas komandasında heç vaxt oynamayıb. Mərkəz müdafiəçisi “Spetsiya”dan öncə “Atalanta” və “Venesiya”da icarədə oynayıb. “Atalanta”nın yetirməsi olan futbolçu “Yuventus”a satılandan sonra da bir mövsüm Berqamo klubunda icarədə oynamışdı. İtaliyalı futbolçu “Trapani” və “Çezena”nın da formasını geyinib. O, İtaliya yığmasında da 2 oyuna çıxıb.
 
Yeri gəlmişkən, “Spetsiya” Kaldara ilə yanaşı, heyətini daha iki futbolçu ilə gücləndirib . A Seriyası təmsilçisi “Sampdoriya”dan yarımmüdafiəçi Albin Ekdalla “Cenoa”dan Laurens Serpeni heyətinə qatıb. Ekdalla 2, Serpe ilə 4 illik müqavilə imzalanıb.
 
Albin Ekdal 2018-ci ildən “Sampdoriya”da çıxış edirdi. O, daha öncə “Brommapoykarna”, “Yuventus”, “Syena”, “Bolonya”, “Kalyari” və “Hamburq”da da çıxış edib. 32 yaşlı yarımmüdafiəçi İsveç yığmasında 66 oyun keçirib.
 
Laurens Serpe isə “Cenoa”nın öz yetirməsidir. O, bu ilin əvvəlində “Krotone”yə icarəyə verilmişdi. 21 yaşlı mərkəz müdafiəçisi İtaliyanın aşağı yaş qrupu üzrə müxtəlif yığmalarında da forma geyinib.






Transfer