29 noyabr 2024. Cümə

Türkiyə millisinin üzvü yenidən İngiltərə klubunda


  • Transfer
  • 00:45 19.07.2022
  • Oxunma sayı: 122
Türkiyə millisinin üzvü yenidən İngiltərə klubunda
Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Okay Yokuşlunun yeni klubu müəyyənləşib. Corner.az xəbər verir ki, bu yay İspaniyanın “Selta” klubundan ayrılan və azad agent statusuna daşıyan Okay karyerasını yenidən İngiltərədə davam etdirəcək.
 
28 yaşlı oyunçu hazırda Çempionşipdə mübarizə aparan “Vest Bromviç”lə razılığa gəlib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. O, sabiq klubu ilə 3 ilik müqaviləyə imzalayıb.
 
Bildirək  ki, “Vest Bromviç” 2021-ci ilin əvvəlində Okayı “Selta”dan yarım illik icarəyə götürmüşdü. Yokuşlu həmin vaxt bu komandanın heyətində 16 oyuna çıxmışdı. 






Transfer