21 dekabr 2025. Bazar günü

Levandovski tibbi müayinədən keçdi


  • Transfer
  • 11:39 19.07.2022
  • Oxunma sayı: 122
Levandovski tibbi müayinədən keçdi
“Barselona”nın yeni transferi Robert Levandovski tibbi müayinədən keçib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, polşalı hücumçunun tibbi müayinəsi bu gün baş tutub.
 
İyulun 16-da “Barselona” 33 yaşlı futbolçunu transfer etmək üçün “Bavariya” lə razılaşdığını elan edib. Levandovskinin Kataloniya təmsilçisi 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacağı gözlənilir.
 
Levandovski “Bavariya”da keçirdiyi 8 mövsümdə 375 oyunda 344 qol vurub və 72 məhsuldar ötürmə edib.






Transfer