- Transfer
- 23:56 10.03.2026
“Juventus” futbolçusu Paulo Dybalanı sata bilər.
Corner.az xəbər verir ki, Turin klubu gənc futbolçunun transfer dəyərini müəyyənləşdirib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.Məlumatda, “Bayern” və “Manchester United”in maraqlandığı argentinalı futbolçu üçün “Juventus” 100 milyon avro tələb edir. 25 yaşlı hücumçunun da komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Dybala, cari mövsümdə 39 qarşılaşmada iştirak edərək, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.