29 noyabr 2024. Cümə

Beşiktaş'dan növbəti transfer


  • Transfer
  • 10:41 20.07.2022
  • Oxunma sayı: 81
Beşiktaş'dan növbəti transfer
Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “İstanbulspor”un gənc müdafiəçisi Emrecan Uzunhanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Qara qartal"lar bu transfer üçün “İstanbulspor”a 2 milyon avro təzminat ödəyib
 
Emrecan Uzunhan “İstanbulspor”un öz yetirməsidir. O, son iki mövsümdə bu klubun əsas komandasında forma geyinib. Geridə qalan mövsümdə 21 oyuna çıxan gənc futbolçu, 1 qol da vurub.
 
Yeri gəlmişkən, “Beşiktaş” yarımmüdafiəçisi Jozef de Souzanın sıradan çıxdığını da açıqlayıb. Dizindən zədələnən 33 yaşlı futbolçunun iyulun 20-də əməliyyat olunacağı diqqətə çatdırılıb. Bu üzdən Jozefin azı 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Bu isə braziliyalı yarımmüdafiəçinin yeni mövsümün startında komandaya kömək edə bilməyəcəyi anlamına gəlir.
 
De Souza 2020-ci ildən “Beşiktaş”da forma geyinir. Braziliya millisinin sabiq üzvü iki mövsüm ərzində bu komandada 78 oyuna çıxıb, 8 qol vurub. Təcrübəli futbolçu əvvəllər “Əl-Əhli”, “Fənərbaxça”, “San Paulo”, “Qremio”, “Portu” və “Vasko da Qama”da da oynayıb.






Transfer