29 noyabr 2024. Cümə

Yuventus'dan Bavariya'ya 70 milyon avroluq transfer


  • Transfer
  • 10:44 20.07.2022
  • Oxunma sayı: 85
Yuventus'dan Bavariya'ya 70 milyon avroluq transfer
 İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Matteys de Liqt karyerasını Almaniya "Bavariya"sında davam etdirəcək. Corner.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Münhen təmsilçisi 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. “Bavariya” niderlandlı futbolçunun keçidinə görə “Yuventus”a 70 milyon avro ödəyəcək. Turin təmsilçisinin bonuslarla daha 10 milyon avro qazanmaq şansı var.
 
Matteys De Liqt 2019-cu ildən “Yuventus”da oynayırdı. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 117 matça çıxıb və 8 qola imza atıb.
 
“Yuventus” De Liqtlə yanaşı, hücumçusu Matteo Brunorini də “Palermo”ya satıb.  27 yaşlı forvard yeni klubu ilə 4 illik müqavilə bağlayıb.  “Palermo” bu transfer üçün 2 milyon avrosundan keçməli olub.
 
Brunori 2020-ci ildə “Yuventus”a gəlmişdi. Lakin o, bu klubun əsas komandasında oynamadan 2021/22 mövsümündə “Entella”ya, ötən mövsüm isə məhz “Palermo”ya icarəyə verilmişdi.
 
Yeri gəlmişkən, “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska sıradan çıxıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 27 yaşlı futbolçu dizindən əməliyyat olunub. Əməliyyatı uğurlu keçən alman futbolçu komanda ilə birgə ABŞ turnesinə də yollanmayıb. Onun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.






Transfer