28 oktyabr 2024. Bazar ertəsi

Çelsi'nin daha bir futbolçusu Barselona'da


  • Transfer
  • 11:17 20.07.2022
  • Oxunma sayı: 110
Çelsi'nin daha bir futbolçusu Barselona'da

İspaniyanın "Barselona" klubu İngiltərə "Çelsi"sinin kapitanı Sesar Aspilikuetanın transferi ilə əlaqədar prinsipial anlaşma əldə edib.

Corner.az-ın "Sport.es"ə istinadən məlumatına görə, klublar sözləşmənin bütün detallarını öz aralarında razılaşdırıblar. Kataloniya təmsilçisi 32 yaşlı müdafiəçidən ötrü 5 milyon avro ödəyəcək.

İspan futbolçusu "Çelsi"nin heyətində 474 oyuna 17 qol və 55 məhsuldar ötürmə edib. O, "zadəganlar"la Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi, habelə, ikiqat İngiltərə çempionu olub.







Transfer