Polşa milli komandasının hücumçusu Robert Levandovskinin İspaniyanın “Barselona” klubuna keçidi tam rəsmiləşib. Corner.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubundan transfer olunmuş 33 yaşlı futbolçu tibbi müayinələrdən uğurla keçdikdən sonra 4 illik müqaviləyə imza atıb.
“Barselona” Levandovskinin transferi üçün Bundesliqa nəhənginə 45 milyon avro ödəyib. Müqavilədə əlavə 5 milyonluq bonuslar da nəzərdə tutulub. Kataloniya təmsilçisi yeni transferinin qiymətini də açıqlayıb. Polşalı hücumçunu heyətində görmək istəyən bunun üçün “Barselona”ya 500 milyon avro ödəməlidir.
Levandovski 2014-cü ilin yanvarından “Bayern”də çıxış edirdi. Polşalı hücumçu bu komandanın heyətində meydana çıxdığı 375 matçda 344 qola imza atıb, 72 məhsuldar ötürmə edib.