28 oktyabr 2024. Bazar ertəsi

Paulo Dibalanın yeni klubu bəlli oldu


  • Transfer
  • 15:48 20.07.2022
  • Oxunma sayı: 115
Paulo Dibalanın yeni klubu bəlli oldu

 İtaliya "Yuventus"undan ayrılan Paulo Dibalanın "Roma"ya keçidi rəsmiləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu "canavarlar"la 3 illik müqaviləyə  imza atıb.

28 yaşlı futbolçu yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"da çıxış edirdi.







Transfer