28 oktyabr 2024. Bazar ertəsi

Mançester Siti iki futbolçusunu göndərdi


  • Transfer
  • 16:50 20.07.2022
  • Oxunma sayı: 88
Mançester Siti iki futbolçusunu göndərdi
İngiltərə çempionu “Mançester Siti” iki futbolçusunu icarəyə verib. Corner.az xəbər verir ki, "şəhərlilər" qapıçısı Zak Steffeni “Midlsbro”ya, yarımmüdafiəçisi Luis Fiorinini isə “Blekpul”a icarəyə göndərib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna qədər sözügedən komandaların uğurları üçün çalışacaq.
 
Zak Steffen 2019-cu ildən “Mançester Siti”də çıxış edirdi. 27 yaşlı qolkiper“şəhərlilər”in heyətində cəmi 21 oyuna çıxıb. İngiltərə klubu amerikalı qolkiperi 2019/20 mövsümündə Düsseldorf “Fortuna”sına (Almaniya) da icarəyə vermişdi. Steffen “Frayburq”, “Kolumbus Kryu” və “Pittsburq” kimi komandalarda da oynayıb. O, ABŞ yığmasında 29 oyun keçirib.
 
Luis Fiorini isə “Mançester Siti”nin öz yetirməsidir. Şotlandiyanın U-21 yığmasının üzvü əvvəlki mövsümlərdə “NAK Breda” və “Linkoln Siti” kimi klublarda da icarədə oynayıb.






Transfer