28 oktyabr 2024. Bazar ertəsi

Argentinalı futbolçu yeni klub aldı


  • Transfer
  • 20:07 20.07.2022
  • Oxunma sayı: 83
Argentinalı futbolçu yeni klub aldı
Ötən il futbolçu karyerasını başa vuran 38 yaşlı futbolçu Maksi Lopes İngiltərənin “Birmingem Siti” klubunu satın alıb. Corner.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, Birmingem təmsilçisinin əvvəlki sahibi Pol Suenin satışa çıxardığı klubun hissələrini Maksi Lopesin də üzvü olduğu investisiya qrupu tərəfindən satın alındığı vurğulanıb. “Daily Mirror”un iddiasına görə, Lopes klub üçün 30 milyon funt-sterlinqdən keçib. Beləliklə, Maksi Lopes İngiltərədə bir klub sahibi olan ilk argentinalıya çevrilib.
 
Xatırladaq ki, veteran oyunçu karyerası ərzində “River Pleyt”, “Barselona”, “Malyorka”, “Kataniya”, “Milan”, “Sampdoriya”, “Torino”, “Kyevo”, “Udineze”, “Krotone”, “Moskva”, “Qremio”, “Vasko da Qama” kimi klublarda forma geyinib. Lopes son olaraq İtaliyada aşağı liqa təmsilçisi “Sambenedetteze” klubunun uğurları üçün çalışıb.
 
147 illik tarixə sahib “Birmingem Siti” hazırda Çempionşipdə mübarizə aparır.






Transfer