28 oktyabr 2024. Bazar ertəsi

Neftçi növbəti transferini açıqladı


  • Transfer
  • 20:15 20.07.2022
  • Oxunma sayı: 84
Neftçi növbəti transferini açıqladı
"Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, paytaxt klubu belaruslu hücumçu Yeqor Boqomolskinin keçidini həll edib.
 
22 yaşlı futbolçu tibbi baxışdan uğurlu keçib və bakılılarla rəsmi müqaviləyə imza atıb. “Ağ-qaralar” bu keçidi hələlik yalnız qısa bir video ilə təqdim edib.
 
Minsk “Dinamo”sunun yetirməsi olan Yeqor Boqomolski Belarus yığmasının da üzvüdür. 22 yaşlı futbolçunun sonuncu klubu “Minsk” olub. O, 2021-ci ildən sözügedən komandada çıxış edirdi. Futbolçu bir müddət Brest “Rux”unda da oynayıb. Gənc forvard ölkəsinin əsas milli komandasında 2 oyuna çıxıb.






Transfer