28 oktyabr 2024. Bazar ertəsi

Xavi ABŞ problemini həll etdi


  • Transfer
  • 14:51 21.07.2022
  • Oxunma sayı: 102
Xavi ABŞ problemini həll etdi
“Barselona”nın baş məşqçisi Xavi Amerika turunda komandanın məşqinə qoşulub. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin bürokratik problemləri həll edilib.
 
42 yaşlı çalışdırıcı problemləri şəxsən həll etmək və ABŞ-a səfər edə bilmək üçün həftənin əvvəlində Madridə gedib. Bundan əvvəl onun əvvəllər İranda səfərdə olmasına görə Amerikaya viza almaqda çətinlik çəkdiyi bildirilirdi. Xavi Qətərin “Əs-Sədd” klubunda olarkən İrana üç dəfə səfər edib.
 







Transfer