28 oktyabr 2024. Bazar ertəsi

Liverpul'un sabiq futbolçusu yenidən Super Liqada


  • Transfer
  • 16:35 21.07.2022
  • Oxunma sayı: 100
Liverpul'un sabiq futbolçusu yenidən Super Liqada
Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Erten Ersu, sol cinah müdafiəçisi Matey Hanousek və yarımmüdafiəçi Lazar Markoviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Erten Ersu yeni klubu ilə 2, Lazar Markoviç 2+1 illik müqavilə imzalanıbsa, Matey Hanousek qarşıdakı mövsümün sonunadək Praqa “Sparta”sından icarəyə götürülüb.
 
Erten Ersu “Fənərbaxça”nın yetirməsidir. 28 yaşlı qolkiper bu vaxta qədər “Qaziantepspor” və “Konyaspor”un formasını geyinib. Qolkiper Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
 
Matey Hanousek 2019-cu ildən “Sparta”da çıxış edir. O, ötən mövsümü Polşanın “Visla” (Krakov) klubunda icarədə keçirib. 29 yaşlı müdafiəçi “Dukla” (Praqa) və “Yablonets”də də forma geyinib, Çexiyanın U-20 və U-21 yığmalarında çıxış edib.
 
Lazar Markoviçin sonuncu iş yeri isə Serbiya “Partizan”ı olub. O, 2019-cu ildən bu klubun formasını geyinirdi. 28 yaşlı vinger karyerası ərzində “Benfika”, “Liverpul”, “Fənərbaxça”, “Sportinq”, “Hall Siti”, “Anderlext” və “Fulhem”də də oynayıb. Serbiya yığmasında 22 oyun keçirmiş yarımmüdafiəçi, 3 qol vurub.






Transfer