28 oktyabr 2024. Bazar ertəsi

PSJ-nin futbolçularına telefon qadağası


  • Transfer
  • 16:47 21.07.2022
  • Oxunma sayı: 117
PSJ-nin futbolçularına telefon qadağası
PSJ-nin yeni baş məşqçisi Kristof Qaltye komandada nizam-intizam qaydalarını sərtləşdirib. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Paris klubunda futbolçulara yeni qaydalar müəyyənləşdirib.
 
Qaydalardan biri futbolçulara yemək zamanı telefondan istifadənin qadağan edilməsidir. Bundan başqa, məşqə üzrlü səbəb olmadan gecikən futbolçular məşqə buraxılmayacaq və evə qaytarılacağı bildirilib.
 
Bu yay Mauritsio Poçettino ilə yollarını ayıran PSJ baş məşqçi postuna Kristof Qaltyeni gətirib.






Transfer