28 oktyabr 2024. Bazar ertəsi

Türkiyə millisinin sabiq üzvü yenidən Super Liqada


  • Transfer
  • 17:54 21.07.2022
  • Oxunma sayı: 85
Türkiyə millisinin sabiq üzvü yenidən Super Liqada
Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Kolin Kazım Riçards yenidən Türkiyəyə qayıdıb. Corner.az xəbər verir ki, 35 yaşlı vinger bundan sonra “Fatih Karagümrük” komandasının uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Kolin Kazım Riçards 2020-ci ildən İngiltərənin “Derbi Kaunti” komandasının uğurları üçün çalışırdı. O, daha öncə Türkiyədə “Fənərbaxça”, “Qalatasaray” və “Bursaspor”un da formasını geyinib. Yarımmüdafiəçi “Paçuka”, “Verakruz”, “Lobos”, “Korintians”, “Koritiba”, “Seltik”, “Feyenoord”, “Blekbern”, “Olimpiakos”, “Tuluza”, “Şeffild Yunayted”, “Brayton” və “Beri” klublarında da çıxış edib. İngiltərədə dünyaya göz açmasına baxmayaraq, 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edən Kolin, bu ölkənin milli komandasına dəvət alıb. O, Türkiyə yığmasında 37 oyuna 2 qol vurub.
 
“Fatih Karagümrük” hücumçusu Aleksandr Peşiçlə də yollarını ayırdığını açıqlayıb. 30 yaşlı serbiyalı futbolçu ölkəsinə qayıdıb. O, bundan sonra “Srvena Zvezda”nın uğurları üçün çalışacaq. Hücumçu 2017/18 mövsümündə də sözügedən klubun formasını geyinib. Ötən mövsümün əvvəlində “Fatih Karagümrük”ə gələn Peşiç, bu komandada 31 oyuna 14 qol vurub. Serbiya yığmasında oynamış futbolçu, “Radniçki”, “OFİ Krete”, “Şerif” (Tiraspol), “Yaqodina”, “Tuluza”, “Atalanta”, “Əl-İttihad”, “Seul” və “Makkabi”də (Təl-Əviv) də forma geyinib.






Transfer