29 noyabr 2024. Cümə

A Seriyanı Bundesliqaya dəyişdi


  • Transfer
  • 21:48 21.07.2022
  • Oxunma sayı: 82
A Seriyanı Bundesliqaya dəyişdi
Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubundan Morten Torsbini, həmçinin “Portu”dan Dioqo Leyteni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dioqo Leyte qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Portu”nun öz yetirməsi olan 23 yaşlı mərkəz müdafiəçi ötən mövsümdə də “Braqa”da icarədə çıxış edib. Portuqaliyalı futbolçu “Portu”nun əsas komandasında 51 oyun keçirib, 3 qol vurub.
 
“Sampdoriya”dan 3 milyon avroya transfer olunan Morten Torsbi isə yeni klubu ilə 3+1 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu geridə qalan mövsümdə A Seriyasında 35 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Norveçli futbolçu 2019-cu ildən “Sampdoriya”da çıxış edirdi. Daha öncə “Stabek” və “Herenven”də də oynamış yarımmüdafiəçi, Norveç milli komandasında 15 oyun keçirib.
 
“Union Berlin” yaponiyalı yarımmüdafiəçisi Keyta Endonu da Braunşveyq “Ayntraxt”ına icarəyə verib. Yaponiyadan olan 24 yaşlı vinger qarşıdakı mövsümün sonuna kimi bu komandada çıxış edəcək. O, 2020-ci ildən Almaniya klubunun uğurları üçün çalışırdı. Yaponiya yığmasında 2 oyun keçirmiş yarımmüdafiəçi, daha öncə “Yokohama”da da forma geyinib






Transfer