28 oktyabr 2024. Bazar ertəsi

Mahir Emreli növbəti oyunu da buraxacaq


  • Transfer
  • 19:58 22.07.2022
  • Oxunma sayı: 89
Mahir Emreli növbəti oyunu da buraxacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının II tur oyununu buraxacaq.

Corner.az-ın məlumatına görə, zədəsini yenicə sağaldan 25 yaşlı hücumçu bərpa prosesi keçdiyindən qarşıdakı görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydana çıxmayıb.







Transfer