11 mart 2026. Çərşənbə

De Ligt "Manchester United"in təklifini rədd etdi


  • Transfer
  • 17:06 07.05.2019
  • Oxunma sayı: 616
De Ligt "Manchester United"in təklifini rədd etdi

“Ajax”ın futbolçusu Matteys de Ligt “Manchester United”ə transfer olmaqdan imtina edib.

Corner.az “Daily Star”a istinadən məlumat verir ki, 19 yaşlı futbolçu “qırmızı şeytanlar”ın onu istəməsinə baxmayaraq, İngiltərə klubunda oynamaq təklifini qəbul etməyib. De Ligtin bu qərarı verməyində Premyer Liqa təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazanmamağı səbəb olduğu bildirilir.

Qeyd edək ki, hollandiyalı müdafiəçi bu mövsüm “Ajax”da 31 oyunda 3 qol vurub və 3 qol ötürməsi verib.







Transfer