28 oktyabr 2024. Bazar ertəsi

Super Liqa klubu milli üzvü ilə gücləndi


  • Transfer
  • 10:40 23.07.2022
  • Oxunma sayı: 80
Super Liqa klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Alanyaspor” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi əlcəzairli yarımmüdafiəçi Zinedin Ferhatı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq “Nim”də çıxış edən əlcəzairli futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün, Alanya təmsilçisinə azad agent kimi keçib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Zinedin yeni komandasında 10 nömrəli formanı geyinəcək.
 
Zinedin Ferhat 2019-cu ildən “Nim”də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 71 oyuna çıxıb, 9 qol vurub. Yarımmüdafiəçi daha öncə Fransada “Havr”, ölkəsində “Alger” komandalarının da formasını geyinib. O, Əlcəzair yığmasında da 13 oyuna çıxıb.
 
“Alanyaspor” öz yarımmüdafiəçisi Emircan Altıntaşı da “Rizəspor”a icarəyə verib. 27 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər Rizə klubunun uğurları üçün çalışacaq.






Transfer