5 iyul 2026. Bazar günü

Fransalı futbolçu üçün 13 milyon avro ödədilər


  • Transfer
  • 10:50 23.07.2022
  • Oxunma sayı: 107
Fransalı futbolçu üçün 13 milyon avro ödədilər
İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Bordo” klubunun hücumçusu Seku Maranı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. İddiaya görə, “Sauthempton” fransalı futbolçunun keçidi üçün Fransa klubuna 13 milyon avro ödəyib.
 
Seku Mara “Bordo”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında 36 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış hücumçu, hazırda U-21-də çıxış edir.






Transfer