28 oktyabr 2024. Bazar ertəsi

Donetsk Şaxtyor'u daha bir legionerini satdı


  • Transfer
  • 12:08 23.07.2022
  • Oxunma sayı: 87
Donetsk Şaxtyor'u daha bir legionerini satdı
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun müdafiəçisi Dodonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Florensiya təmsilçisi  braziliyalı futbolçunun keçidinə görə Ukrayna klubuna 14.5 milyon avro təzminat ödəyib. Dodo yeni komandasında 2 nömrəli formanı geyinəcək.
 
Dodo “Koritiba”nın yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. Sağ cinah müdafiəçisi 2018-ci ildən “Şaxtyor”da forma geyinirdi. O, 2018/19 mövsümündə “Vitoriya Gimaraynş”da icarədə də oynayıb.






Transfer